MY 2 futbolçudan qurtulmaq istəyir

“Mançester Yunayted” heyətində dəyişiklik etməyi planlaşdırır.

Komanda.az “TEAMtalk”-a istinadən xəbər verir ki, “qırmızı şeytanlar” yarımmüdafiə xəttində yer boşaltmaq istəyir. Bu səbəbdən, Kristian Eriksen və Kazemiro qış transfer pəncərəsində İngiltərə klubunu tərk edə bilər.

Eriksen və Kazemironun hər ikisinin 32 yaşı var. Onların “Mançester Yunayted”lə hazırkı müqavilələri müvafiq olaraq 2025-ci ilin və 2026-cı ilin ortalarına qədərdir.

“Mançester Yunayted” hazırda Premyer Liqanın turnir cədvəlində 11-ci yerdədir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button