
“Mançester Yunayted”in qapıçısı ABŞ-a aparılmayacaq
“Mançester Yunayted”in qapıçısı Din Henderson ABŞ-da baş tutacaq mövsümöncəsi turnir üçün komandaya qoşulmayacaq.
Komanda.az “Sky Sports”-a istinadən xəbər verir ki, buna səbəb onun ombasından aldığı zədəni bərpa etməsidir.
26 yaşlı qolkiper 2022/23 mövsümündə icarə əsasında “Nottingem Forest”də çıxış edib. “Nottingem Forest” Hendersonla uzunmüddətli müqavilə imzalamaq istəyir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin