“Mançester Yunayted”ə koronavirus əngəli
“Mançester Yunayted”in Premyer Liqaya hazırlıq çərçivəsində “Stok Siti” ilə qarşılaşacağı oyun, matçın başlamasına bir neçə dəqiqə qalmış ləğv olunub.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, buna səbəb “Stok Siti” klubunun baş məşqçisi Maykl Onildə koronavirus aşkarlanması olub. “Mançester Yunayted”lə “Stok Siti” arasındakı yoxlama matçı dünən keçirilməli idi.
Matçdan əvvəl MY-nin futbolçuları meydançada məşqə başlasalar da, Onilin koronavirusa yoluxduğu bilindikdən sonra dərhal meydanı tərk ediblər.
Koronavirusa görə martdan dayandırılan İngiltərə Premyer Liqası iyunun 17-də bərpa olunacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin