“Mançester Yunayted”in paltardəyişmə otağı dinlənilib
Bir həftə əvvəl İngiltərə Premyer Liqası çərçivəsində “Aston Villa” – “Mançester Yunayted” matçı (0:0) baş tutub.
Komanda.az “The Sun”-a istinadən xəbər verir ki, oyuna iki gün qalmış bir şəxs stadion işçilərini aldadaraq, qonaqların paltardəyişmə otağına gizlicə girə bilib.
Paltardəyişmə otağına daxil olan şəxs orada telefon şəklində dinləmə aparatı quraşdırıb. Hər şey elə qurulub ki, bu telefona zəngdən sonra dinləmə aktivləşsin. “Mançester Yunayted”in paltardəyişmə otağından səs yazılarına qulaq asmağa müvəffəq olublar, lakin danışıqların məzmunu açıqlanmayıb.
Həmin şəxs “Mançester Yunayted” azarkeşidir və o, heç bir pis iş görmək istəməyib. Amma vəziyyətin Premyer Liqa klubları arasında narahatlığa səbəb olacağı şübhəsizdir.
Bizi Facebook-da izləyin