“Mançester Yunayted”in hücumçusu “Yuventus”a keçə bilər
“Mançester Yunayted”in hücumçusu Meyson Qrinvud karyerasını İtaliyada davam etdirə bilər.
Komanda.az “La Gazzetta dello Sport”-a istinadən xəbər verir ki, 22 yaşlı ingiltərəli futbolçu üçün “Yuventus” mübarizə aparır.
Turin komandasının gələcək baş məşqçisi Tiaqo Motta forvardın oyununu yüksək qiymətləndirir. Eyni zamanda, futbolçunun xidmətində “Borussiya” (Dortmund) və “Atletiko” də maraqlıdır.
Qrinvud “Mançester Yunayted” akademiyasının məzunudur. O, ümumilikdə komandanın heyətində 129 oyun keçirib, 35 qol vurub və 12 məhsuldar ötürmə verib. Onun klubla müqaviləsi 30 iyun 2025-ci ilə qədərdir.
Qrinvud son mövsümü “Xetafe”də icarə əsasında keçirib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin