Argentinalı müdafiəçi geri dönür – Ağır zədədən sonra

“Mançester Yunayted”in müdafiəçisi Lisandro Martines ağır zədədən sonra bərpa prosesinin son mərhələsinə yaxınlaşıb.

Argentinalı futbolçu fevraldan bəri ön çarpaz bağların qopması səbəbindən meydana çıxmır.

Komanda.az “Mail Sport”-a istinadən xəbər verir ki, 27 yaşlı müdafiəçi milli komandaların oyunları üçün verilən fasilədən sonra əsas qrupla birgə məşqlərə qoşulacaq. Keçən həftədən etibarən o, artıq fərdi proqram çərçivəsində topla işləməyə başlayıb.

Martines 2022-ci ilin yayında “Ayaks”dan “Mançester Yunayted”ə transfer olunub və indiyədək klubun heyətində 91 oyun keçirib. Onun hesabında 3 qol və eyni sayda məhsuldar ötürmə var.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button