
Argentinalı futbolçu “Mançester Yunayted”in tarixindən Vidiçi seçdi
“Mançester Yunayted”in müdafiəçisi Lisandro Martines “komanda tarixində hansı futbolçu ilə oynamaq istərdin” sualını cavablandırıb.
Komanda.az “JD Football”-a istinadən xəbər verir ki, argentinalı futbolçu, bunun Nemanya Vidiç olduğunu deyib:
“Nemanya Vidiç. O, böyük oyunçu idi. Yüksək səviyyəli intellektə, güclü mentalitetə sahib idi. Ehtiras var, qorxu yox idi. Beləliklə, bəli, Vidiçi seçərdim”.
Vidiç 2006-2014-cü illərdə “Mançester Yunayted”də çıxış edib. Onun karyerasında sonuncu klubu 2016-cı ildə tərk etdiyi “İnter” olub. Serbiyalı sabiq müdafiəçi “Mançester Yunayted”də olduğu müddətdə 300 matçda iştirak edib, 21 qol vurub və 4 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



