“Mançester Yunayted”də müdafiəçi böhranı
“Mançester Yunayted”in müdafiəçisi Harri Maquayr zədə səbəbindən xəstəxanaya aparılıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ingilis futbolçu mövsümün qalan matçlarında meydana çıxa bilməyəcək.
“Qırmızı şeytanlar”ın düşərgəsində mərkəz müdafiəçiləri ilə bağlı acınacaqlı vəziyyət yaranıb. Premyer Liqanın 36-cı turunun “Kristal Pelas”la oyununa qədər komandanın bu mövqeyə sağlam futbolçuları yoxdur. Rafael Varan, Coni Evans, Lisandro Martinez, Viktor Lindelof və Villi Kambvala müxtəlif zədələr səbəbindən qarşıdakı matçda meydana çıxa bilməyəcəklər.
“Kristal Pelas” – “Mançester Yunayted” matçı mayın 6-da keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin