
Amorim: “Nəyisə dəyişməliyik”
“Mançester Yunayted”in baş məşqçisi Ruben Amorim klubun transfer planlarını açıqlayıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, portuqaliyalı çalışdırıcı hər şeyə fərqli baxmağa çalışdıqlarını bildirib:
“Biz hər şeyə fərqli baxmağa çalışırıq, çünki nəyisə dəyişdirməliyik, amma hər şey ola bilər. Məqsədimiz yalnız indi deyil, həm də uzunmüddətli perspektivdə uğur gətirə biləcək bir şey yaratmaqdır. Görəcəyik”.
“Qırmızı şeytanlar” o qədər də uğurlu mövsüm keçirmir. Komanda 29 turdan sonra Premyer Liqada 13-cü yeri tutur, çox güman ki, yayda yeni oyunçulara ehtiyacı olacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



