Qarşısına məqsəd qoyub – “Mançester Yunayted”ə qayıdacaq
“Mançester Yunayted”in yetirməsi Anxel Qomes yaxın gələcəkdə “Old Trafford”a qayıtmaq istəyir.
Komanda.az “Manchester Evening News”-a istinadən xəbər verir ki, ingiltərəli futbolçu “qırmızı şeytanlar”a keçməyi qarşısına məqsəd qoyub.
Qomes bir neçə il əvvəl sabit oyun təcrübəsi qazanmaq üçün “Mançester Yunayted”dən ayrılmışdı. O, hazırda Fransanın “Lill” klubunda çıxış edir və ötən mövsüm çempionatda 8 məhsuldar ötürmə edib.
Daha əvvəl 24 yaşlı yarımmüdafiəçi ilə “Nyukasl”, “Liverpul” və “Tottenhem” kimi klubların da maraqlandığı bildirilirdi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin