“Onun “Mançester Yunayted”dən ayrılmağının əsl vaxtıdır”
“Mançester Yunayted”in keçmiş futbolçusu Patris Evra “qırmızı şeytanlar”ın yarımmüdafiəçisi Pol Poqba haqda fikirlərini bildirib.
Komanda.az xəbər verir ki, “Sky Sports”a danışan keçmiş müdafiəçi, Poqbanın “Mançester Yunayted”dən ayrılmalı olduğunu deyib:
“Poqba oynayanda da tənqid olunur, oynamayanda da. Düşünürəm ki, onun “Mançester Yunayted”dən ayrılmağının əsl vaxtıdır. Bəlkə də, o, artıq bu barədə rəhbərliklə danışıb. Ancaq rəhbərliyin onu buraxacağına inanmıram”.
2016-cı ildən “Mançester Yunayted”də forma geyinən Poqba, bu mövsüm 8 oyuna çıxıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin