“DÇ-2022-ni izləməyəcəm” – Erik Kantona
“Mançester Yunayted”in keçmiş futbolçusu Erik Kantona dünya çempionatının Qətərdə keçirilməsi haqda fikirlərini bildirib.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Kantona, mundialı izləməyəcəyini bildirib:
“Qətərdə stadionların tikintisində işləyən insanlara pis rəftar edildi və minlərlə insan vəfat etdi. Pul hazırda hər şeyin reallaşmasına kömək olur, amma mən DÇ-2022-ni izləməyəcəm”.
DÇ-2022 bu il 21 noyabr-18 dekabr tarixlərində keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin