MY keçmiş baş məşqçisini geri qaytara bilər
Avstriya millisinin baş məşqçisi Ralf Ranqnik “Mançester Yunayted”ə qayıda bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, almaniyalı mütəxəssis “qırmızı şeytanlar”ın idman direktoru ola bilər. Dan Aşvortun istefasından sonra bu vəzifə hazırda boşdur.
Ranqnik əvvəllər “qırmızı şeytanlar”ın baş məşqçisi olub.
“Mançester Yunayted” hazırda İngiltərə Premyer Liqasında zəif çıxış edir. Ruben Amorimin komandası 19 xal toplayıb və 15 turdan sonra turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin