“Mançester Yunayted”in kapitanı sərbəst buraxıldı
Yunanıstanda tutulan İngiltərə millisinin və “Mançester Yunayted” klubunun futbolçusu Harri Maquayr sərbəst buraxılıb.
Komanda.az xəbər verir ki, 27 yaşlı müdafiəçi maraqlarını təmsil edəcək vəkillər təyin etdiyi üçün ölkəsinə qayıda biləcək.
İş üzrə məhkəmə prosesi avqustun 25-nə təxirə salınıb.
Qeyd edək ki, “Mançester Yunayted”in kapitanı olan Maquayr gecə klubundakı münaqişədən sonra polisə hücum etdiyi üçün tutulub. Hadisə avqustun 21-də Mikonos adasında baş verib. Maquayr ilə birlikdə daha iki nəfər saxlanılmışdı.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin