“Mançester Yunayted”in saytı “çökdü”
“Mançester Yunayted” sosial şəbəkədə “Microsoft”un qlobal kəsilməsi səbəbindən klubun rəsmi internet səhifəsində problemlər yarandığını bildirib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, bununla bağlı “qırmızı şeytanlar” matçlara bilet satışını müvəqqəti dayandırıb.
“Təəssüf ki, bir çox sistemlərə, o cümlədən bizim sistemlərə təsir edən qlobal “Microsoft” serverinin kəsilməsi səbəbindən bu gün bilet satışı günortaya qədər təxirə salınıb” – klubun bəyanatında deyilir.
İyulun 19-da, səhər saatlarında “Mançester Yunayted”in internet saytı müvəqqəti olaraq əlçatmaz olub, lakin günortaya qədər problem artıq aradan qaldırılıb.
“Microsoft”un işi ilə bağlı qlobal texniki nasazlıq barədə məlumat yayılmışdı, bunun nəticəsində telekommunikasiya operatorları, banklar və aviaşirkətlər külli miqdarda itkilərə məruz qalmışdı.
Bizi Facebook-da izləyin