“Mançester Yunayted”in təcili həll olunmalı böyük problemləri var”

İngiltərə millisinin və “Mançester Yunayted”in sabiq hücumçusu Ueyn Runi “qırmızı şeytanlar”ın Avropa Liqasındakı çıxışı barədə fikirlərini bölüşüb.

Komanda.az xəbər veri ki, “Daily Mail” nəşrinə danışan ingiltərəli keçmiş futbolçu, Avropa Liqasının finalına vəsiqə qazanmağın klubdakı dərin problemləri ört-basdır edə bilməyəcəyini deyib:

“Bu uğuru divardakı çatların üzərinə divar kağızı yapışdırmaqla müqayisə etmək olar. “Mançester Yunayted”in indi təcili həll olunmalı böyük problemləri var”.

Ruben Amorimin komandası Avropa Liqasının ilk yarımfinal oyununda səfərdə “Atletik”i 3:0 hesabı ilə məğlub edib. Cavab oyunu mayın 8-də, “Old Trafford”da keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button