“Mançester Yunayted”in hücumçusu qəza keçirib
İyulun əvvəlində “Mançester Yunayted”in hücumçusu Markus Reşfordun avtomobili yol qəzasına düşüb.
Komanda.az “The Sun”-a istinadən xəbər verir ki, ingiltərəli futbolçu həmin vaxt maşının arxasında olduğu üçün xəsarət almayıb.
“Qırmızı şeytanlar”ın müdafiəçisi Tirell Malaziya da maşında olub və sürücü ilə birlikdə xəstəxanaya aparılıb. Malaziya ciddi zədə almayıb.
55 yaşlı qadının idarə etdiyi “Mercedes” markalı avtomobillə Reşfordun maşını toqquşub. O, sərxoş halda avtomobil idarə etməkdə və qəza törətməkdə şübhəli bilinərək həbs edilib.
Bundan əvvəl Reşfordun avtomobil idarə etməsinə qadağa qoyulduğu bildirilirdi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin