Niderlandlı hücumçu Premyer Liqada klubunu dəyişə bilər

“Mançester Yunayted”in hücumçusu Coşua Zirkze İngiltərə Premyer Liqasının digər klublarının maraq dairəsinə düşüb.

Komanda.az “TEAMtalk”-a istinadən xəbər verir ki, 24 yaşlı futbolçu cari mövsümdə az oyun şansı qazandığı üçün artıq yanvarda klubunu dəyişə bilər. Onun xidmətində “Everton” və “Vest Hem” maraqlıdır.

“Transfermarkt” portalı Zirkzenin dəyərini 30 milyon avro məbləğində qiymətləndirir. Onun “Mançester Yunayted”lə müqaviləsinin müddəti 2029-cu ilin ortalarına qədərdir.

“Qırmızı şeytanlar”ın baş məşqçisi Ruben Amorim mövsüm başlayandan bəri niderlandlı forvardı heç bir oyuna əsas heyətdə buraxmayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button