“Mançester Yunayted”də Kavani ilə bağlı qərar verildi
“Mançester Yunayted”in hücumçusu Edinson Kavaninin klubdakı gələcəyi ilə bağlı qərar verilib.
Komanda.az ESPN-ə istinadən xəbər verir ki, “qırmızı şeytanlar” uruqvaylı futbolçunu daha bir il komandada saxlamaq istəyir. “Mançester Yunayted”in baş məşqçisi Ole-Qunnar Sulşer Kavani ilə görüşərək, qərarını ona bildirib.
34 yaşlı hücumçu da “Mançester Yunayted”də qalmağa müsbət yanaşır. Kavani ailəsi ilə görüşdükdən sonra qərarını verəcək.
2020-ci ilin oktyabrından “Mançester Yunayted”də çıxış edən Kavaninin müqaviləsi iyula qədərdir. Hücumçu bu mövsüm Premyer Liqada 22 oyunda 8 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin