
MY “Bornmut”un futbolçusu ilə maraqlanır
“Bornmut”un yarımmüdafiəçisi Antoine Semenyo “Mançester Yunayted”in transfer hədəfləri siyahısındadır.
Komanda.az “Sky Sports”-a istinadən xəbər verir ki, Mançester klubu 25 yaşlı futbolçunu transfer etmək üçün əsas namizəd hesab olunur. “Bornmut” rəhbərliyi yarımmüdafiəçini 70 milyon funt-sterlinq (82 milyon avro) dəyərləndirir.
Semenyonun klubu ilə müqaviləsi 2029-cu ilin ortalarına qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin