“Mançester Yunayted”in hədəfindəki niderlandlı futbolçu

“Bayer”in (Leverkuzen) müdafiəçisi Jeremi Frimponq karyerasını İngiltərədə davam etdirə bilər.

Komanda.az “Metro” nəşrinə istinadən xəbər verir ki, “Mançester Yunayted” 22 yaşlı futbolçunu transfer etməkdə iddialıdır. Almaniya klubu niderlandlı üçün ən azı 40 milyon avro tələb edir.

Frimponq 2022/23 mövsümündə Bundesliqa təmsilçisinin heyətində 48 oyuna çıxıb, 9 qol vurub və 10 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button