
Sabiq futbolçusu “Mançester Yunayted”i “yıxıb-sürüdü”
“Mançester Yunayted”in sabiq yarımmüdafiəçisi Roy Kin Premyer Liqanın 32-ci turunda “Nyukasl”a məğlubiyyətdən (1:4) sonra komandanın hazırkı heyətini tənqid edib.
Komanda.az “Sky Sports”-a istinadən xəbər verir ki, o, “Mançester Yunayted” haqda çox sərt danışıb:
“Premyer Liqadakı bəzi komandalara baxırsan və müəyyən üstünlükləri görə bilərsən. Onlar böyük və güclüdür və ya, texniki cəhətdən parlaqdırlar. “Liverpul”a baxsaz, onlar tələblərin əksəriyyətinə cavab verir.
Bəs “Mançester Yunayted”ə baxsaz, nəyə diqqət etməlisiz? Onlar həqiqətən nəyi yaxşı bilirlər? Onların dünya səviyyəli hücumçusu, güclü özəyi yoxdur, atletik deyil. Bilmirəm nəyi yaxşı bilirlər. Onlar heç bir işdə yaxşı deyillər. Onların yarıyaxşı oyunçuları var, amma nəticələr yalan danışmır.
Ümid edirsiz ki, onlara xərclədiyiniz pulun müqabilində “Mançester Yunayted”ə keyfiyyətli oyunçular alacaqsız. Açığı, onlar ən yüksək səviyyədə oynamağı bacarmalıdırlar, lakin bu qrup bunu göstərmir. Onlar etibarlı deyil. Qollarını çırmalayıb nəticə əldə etmirlər. Zaman-zaman bunu edirlər və yaxşı nəticə əldə edirlər, məsələn, “Mançester Siti” və “Liverpul”la matçda. Amma bu yaxınlarda digər komandalar “Old Trafford”a gəldilər və hər kəs bir az əyləndi. “Nyukasl”a qarşı oyunun ikinci hissəsində hər yerdə sadəcə boşluqlar var idi. Onlar “Mançester Yunayted”i darmadağın edirlər. “Mançester Yunayted” böyük və güclü görünmür”.
“Qırmızı şeytanlar” 32 turdan sonra 38 xalla Premyer Liqa cədvəlində 14-cü yerdədir. Komanda növbəti oyununda – Avropa Liqasının 1/4 finalında “Lion”la qarşılaşacaq.
Bizi Facebook-da izləyin



