MY Almaniya millisinin üzvü ilə maraqlanır
Almaniya millisinin və “Leyptsiq”in müdafiəçisi David Raum karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Mançester Yunayted” sol cinah müdafiəçisi ilə maraqlanır və bu mövqeni gücləndirməyi planlaşdırır.
“Qırmızı şeytanlar” artıq yayda almaniyalı futbolçu ilə əlaqə saxlayıb, danışıqlar hətta müqavilənin müzakirəsinə də aid olub.
26 yaşlı müdafiəçi cari mövsümdə “Leyptsiq”in 8 matçında iştirak edib və 1 məhsuldar ötürmə verib. Onun hazırkı klubu ilə müqaviləsi 30 iyun 2027-ci ilə qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin