
“Mançester Yunayted”in gələn yay əsas transfer hədəfi odur
Lissabon “Sportinq”inin hücumçusu Viktor Qyökereş karyerasını İngiltərədə davam etdirə bilər.
Komanda.az “Todofichajes”-ə istinadən xəbər verir ki, “Mançester Yunayted”in yeni baş məşqçisi Ruben Amorim isveçli futbolçunun transferində maraqlıdır. İngilislər onu gələn yay üçün prioritet hədəf kimi müəyyənləşdiriblər.
Qyökereşin “Sportinq”lə 2028-ci ilin yayına qədər müqavilə öhdəlikləri var. O, cari mövsümdə 11 oyun keçirib, 16 qol vurub və 1 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin