“Mançester Yunayted”in futbolçusunun ürəyində problem var
“Mançester Yunayted”in sağ cinah müdafiəçisi Nussair Mazraui yaxın iki ay ərzində meydana çıxa bilməyəcək.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, mərakeşli müdafiəçiyə ürək aritmiya diaqnozu qoyulub.
Mazraui mövsümün əvvəlində “Mançester Yunayted”in əsas sağ cinah müdafiəçisi idi, ona görə də, Erik ten Haqın komandası üçün mərakeşlini əvəzləmək çətin olacaq. Çox güman ki, o, iki aydan çox oyunları buraxmalı olacaq.
Mazraui bu yay “Mançester Yunayted”lə müqavilə imzalayıb. O, “Bayern”dən İngiltərə klubuna keçib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin