“Son illərdə çox şey yaşadım” – Tənqid olunan futbolçu

“Mançester Yunayted”in müdafiəçisi Harri Maquayr tənqidlərə münasibətini bildirib.

Komanda.az “Sky Sports”-a istinadən xəbər verir ki, 30 yaşlı futbolçu azarkeşlərin tənqidindən narahat olmadığını deyib:

“Deməzdim ki, mən psixoloji təzyiqdən əziyyət çəkən insanam. Son illərdə çox şey yaşadım, təxminən dörd il “Mançester Yunayted”in kapitanı oldum və bu məsuliyyəti öz üzərimə götürdüm.

İngiltərədəki karyeram, eləcə də, klub karyeram mənim üçün əsasdır. Premyer Liqanın ilk dörd turunda start heyətində olmayanda hər şeyi düşünürdüm. İlk həftələr çətin keçdi, çünki həftədə bir oyun keçirdik və baş məşqçi məni seçmədi. Ancaq qarşıda bizi çoxlu matçlar gözləyir və əminəm ki, çox oynayacam”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button