“Elçilər”i çoxdur – Sevgilisini zorlamaqda ittiham olunan futbolçunun
“Mançester Yunayted”in oyunçusu Meyson Qrinvuda transfer bazarında tələbat var.
Komanda.az ESPN-ə istinadən xəbər verir ki, 21 yaşlı futbolçuya həm İngiltərə klublarından, həm də xaricdən böyük maraq var.
Avqustun 21-də “Mançester Yunayted” Qrinvud tərəfindən sevgilisinin zorlanması iddiaları ilə bağlı apardığı daxili araşdırmanın nəticələrinə yekun vurub və yarımmüdafiəçinin günahsız olduğu qənaətinə gəlib. Bununla belə, Qrinvud klubu tərk etmək istəyir.
“Qırmızı şeytanlar” futbolçunu dərhal satmaq və ya icarəyə göndərmək niyyətindədir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin