“Mançester Yunayted”in futbolçusu yenidən La Liqa klubunda
İspaniyanın “Alaves” klubu “Mançester Yunayted”in hücumçusu Fakundo Pelistrini yenidən icarəyə götürüb.
Komanda.az xəbər verir ki, bu barədə La Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Xəbərdə 19 yaşlı hücumçunun 2021/22 mövsümündə də “Alaves”in uğurları üçün çalışacağı qeyd olunub.
Qeyd edək ki, İspaniya klubu uruqvaylı futbolçunu bu ilin yanvarında da 6 aylıq icarəyə götürmüşdü.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin