Mata 13 milyon avroluq təklifə niyə “yox” deyib?
“Mançester Yunayted”in futbolçusu Xuan Mata komandadan ayrılmaq niyyətində deyil.
Komanda.az xəbər verir ki, ispaniyalı yarımmüdafiəçi karyerasını “qırmızı şeytanlar”da davam etdirmək istəyir. Bu barədə “Sunday Express” nəşri məlumat yayıb.
Mata adı açıqlanmayan bir klubdan illik 13 milyon avro qazanacağı müqavilə təklifi alıb. Lakin 32 yaşlı yarımmüdafiəçi “Mançester Yunayted”də qalmaq istədiyi üçün bu təklifi rədd edib.
2014-cü ildən “Mançester Yunayted”də çıxış edən Mata, bu mövsüm ümumilikdə 4 oyuna çıxıb. Yarımmüdafiəçinin “qırmızı şeytanlar”la müqaviləsi 2021-ci ilin yayına qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin