MY-nin futbolçusu İsveçə qayıdır – keçmiş komandasıyla məşqlərə başlayacaq

“Mançester Yunayted”in futbolçusu Viktor Lindelöf vətəni İsveçə qayıdır.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, “qırmızı şeytanlar”ın rəhbərliyi 25 yaşlı müdafiəçinin İsveçə qayıtmasına icazə verib. Lindelöf burada keçmiş komandası “Vesteros”la məşqlərə başlayacaq.

İsveçdə də koronavirusa yoluxan və ölənlər olsa da, ölkə rəhbərliyi karantin rejimi tətbiq etməyib. Yerli çempionat dayandırılsa da, klubların məşq etməsinə icazə verilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button