“Mançester Yunayted”in futbolçusu Bekhemin “radar”ında
“Mançester Yunayted”in futbolçusu Serxio Romero karyerasını MLS-də davam etdirə bilər.
Komanda.az xəbər verir ki, bu barədə “The Athletic” nəşri məlumat yayıb. Xəbərdə, 33 yaşlı qapıçının “İnter Mayami” klubunun maraq dairəsində olduğu bildirilib. MLS təmsilçisi qış transfer pəncərəsi dövründə Romeronun keçidini həll etməyə çalışacaq.
2015-ci ildən “Mançester Yunayted”də çıxış edən argentinalı qapıçının müqaviləsi mövsümün sonuna qədərdir.
“İnter Mayami” klubunun sahibi İngiltərə yığmasının və “Mançester Yunayted”in sabiq futbolçusu Devid Bekhemdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin