
“Mançester Yunayted”in futbolçusu qəza keçirdi
“Mançester Yunayted”in hücumçusu Markus Reşford avtomobil qəzası keçirib.
Komanda.az “The Sun”-a istinadən xəbər verir ki, hadisə ingilis futbolçu Premyer Liqanın 6-cı turunda “Bernli” ilə oyundan (1:0) sonra “qırmızı şeytanlar”ın məşq mərkəzindən qayıdarkən baş verib. 25 yaşlı hücumçunun hadisədən sarsıldığı, lakin ciddi xəsarət almadığı bildirilir.
Reşford bu mövsüm “Mançester Yunayted”in heyətində bütün turnirlərdə 6 matçda 1 qol vurub və 2 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin