Poqba İtaliyaya qayıtmaq istəyir
“Mançester Yunayted”in futbolçusu Pol Poqba karyerasını İtaliyada davam etdirmək niyyətindədir.
Komanda.az xəbər verir ki, bu barədə italyan jurnalist Rudi Qalleti “tvitter” hesabında paylaşım edib.
Qalleti, Poqbanın “Mançester Yunayted”lə yeni müqavilə imzalamaq istəmədiyini və azad agent kimi klubu tərk etmək niyyətində olduğunu bildirib.
“Yuventus” Poqbaya illik 12 milyon avro və bonuslar ödəməyə hazırdır. 28 yaşlı yarımmüdafiəçi də Turinə qayıtmağa müsbət yanaşır.
Poqba ilə İspaniyanın “Real”, Fransanın PSJ klubuları da maraqlanır.
Fransa yığmasının da üzvü olan futbolçu 2012-2016-cı illərdə “Yuventus”da çıxış edib. 2016-cı ilin yayından “Mançester Yunayted”də oynayan Poqbanın müqaviləsi 2022-ci ilin iyuluna qədərdir.
Bizi Facebook-da izləyin