“Mançester Yunayted”in futbolçusu İngiltərə millisinin heyətindən kənarlaşdırıldı
“Mançester Yunayted”in futbolçusu Meyson Qrinvud futbol üzrə İngiltərə milli komandasının AÇ-2020 üçün açıqlanan geniş heyətindən çıxarılıb.
Komanda.az xəbər verir ki, buna səbəb 19 yaşlı yarımmüdafiəçinin zədələnməsidir. Bu barədə milli komandanın mətbuat xidməti məlumat yayıb. Qrinvud zədə səbəbindən millinin düşərgəsini tərk edib.
AÇ-2020 bu il 11 iyun-11 iyul aralığında keçiriləcək. İngiltərə yığması turnirdə Xorvatiya, Çexiya və Şotlandiya ilə qarşılaşacaq.
AÇ-2020-yə ev sahibliyi edəcək şəhərlər arasında Bakı da var. Təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə – Uels, Türkiyə – Uels və Türkiyə – İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin bir oyununa ev sahibliyi edəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin