Argentinalı futbolçu “Mançester Yunayted”dən ayrılır
“Mançester Yunayted”in futbolçusu Markos Roxo karyerasını yeni klubda davam etdirə bilər.
Komanda.az xəbər verir ki, argentinalı müdafiəçi ilə “Şeffild Yunayted” klubu yaxından maraqlanır. Bu barədə “Daily Mail” nəşri məlumat yayıb. “Şeffild Yunayted”in qış transfer pəncərəsi dövründə Roxonu satınalma hüququ ilə birlikdə icarəyə götürəcəyi bildirilib.
2014-cü ildən “Mançester Yunayted”də çıxış edən Roxonun müqaviləsi mövsümün sonuna qədərdir. 30 yaşlı müdafiəçi “qırmızı şeytanlar”da bu mövsüm bir oyuna çıxıb.
Roxo Argentina yığmasında 61 oyun keçirib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin