“Mançester Yunayted”in futbolçusu “Boka Xuniors”la razılığa gəlib

“Mançester Yunayted”in futbolçusu Markos Roxo karyerasını Argentinada davam etdirəcək.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, 30 yaşlı müdafiəçi “Boka Xuniors” klubu ilə razılaşıb. Roxonun keçidi yaxın zamanda rəsmən açıqlanacaq.

“Mançester Yunayted”lə mövsümün sonuna qədər müqaviləsi olan Roxo, bu mövsüm rəsmi oyuna çıxmayıb.

Argentina yığmasında 61 oyuna çıxan müdafiəçi, 2014-cü ildən “qırmızı şeytanlar”la birlikdədir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button