Anası Ronaldonun Corcinayla evlənməsini istəmir – səbəb…
“Mançester Yunayted”in futbolçusu Kriştiano Ronaldonun anası Maria Dolores Aveyro oğlunun Corcina Rodriqeslə evlənməsini istəmir.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Aveyro, Ronaldoya Corcinayla evlənməməyi məsləhət görüb. O, Corcinanın Ronaldoyla puluna görə münasibətə girdiyini düşünür.
Bundan əvvəl Ronaldonun Corcina ilə gizlin toy mərasimi təşkil etdiyi iddia olunurdu. Lakin Corcina məlumatları yalanlayıb. O, Ronaldoyla evlənməyi arzuladığını, ancaq bunun təkcə özündən asılı olmadığını deyib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin