53 yaşlı qadın Ronaldonu aldadıb – 288 min avrosunu alıb
“Mançester Yunayted”in futbolçusu Kriştiano Ronaldo dələduzluqla üzləşib.
Komanda.az xəbər verir ki, səyahət meneceri olan bir qadın portuqaliyalı hücumçunun 288 min avro pulunu mənimsəyib. Bu barədə AS nəşri məlumat yayıb. 53 yaşlı qadın Ronaldonun getmədiyi 200 səfər üçün ondan pul alıb.
Həmin şəxsin Luiş Nani, Manuel Fernandes kimi futbolçuları və futbol agenti Jorje Mendeş də daxil olmaqla bir neçə şəxsi aldada biləcəyi ehtimal olunur.
Fırıldaqçı qadın 2017-ci ildə saxlanılıb. O, qarət etdiyi şəxslərə pullarını geri qaytarır. Qadının zərərçəkənlərə aylıq nə qədər ödədiyi açıqlanmayıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin