
MY fransalı futbolçu ilə vidalaşacaq
“Mançester Yunayted”in hücumçusu Antoni Marsial mövsümün sonunda klubu tərk edəcək.
Komanda.az “The Athletic”-ə istinadən xəbər verir ki, “qırmızı şeytanlar” 28 yaşlı forvardla müqavilənin uzadılması variantını aktivləşdirməyi planlaşdırmır. Futbolçunun hazırkı müqaviləsi mövsümün sonunda başa çatır.
Marsial 2015-ci ildən “Mançester Yunayted”də çıxış edir. Fransalı oyunçu bu mövsüm bütün turnirlərdə 19 oyun keçirib, 2 qol vurub və 2 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin