“Mançester Yunayted”in futbolçusu İspaniya klubuna keçib – Rəsmi

“Mançester Yunayted” rəsmi saytı vasitəsilə müdafiəçisinin komandadan ayrıldığını elan edib.

Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 19 yaşlı Villi Kambvala “Vilyarreal”a keçib. Söhbət icarədən yox, tam hüquqlu transferdən gedir.

Kambvala 2020-ci ilin oktyabrında “Mançester Yunayted”in gənclər komandasına qoşulub. O, “qırmızı şeytanlar”ın əsas komandasında 10 oyun keçirib və məşqçilər heyətinin ümidlərini doğrultmayıb.

19 yaşlı futbolçu özünü İspaniya çempionatında sübut etməyə çalışacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button