“Sulşerlə birlikdə mən də ağladım”

“Mançester Yunayted”in futbolçusu Harri Maquayr açıqlama verib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, ingilis müdafiəçi, son zamanlardakı uğursuz çıxışları haqda danışıb:

“Uotford”la oyundakı nəticə yaxşı olmadı. Ümumiyyətlə, son dönəmlərdə yaxşı çıxış etmirik. Bunlar baş məşqçi Ole-Qunnar Sulşerə baha başa gəldi. Futbolçuların da məsuliyyəti öz üzərinə götürməsi lazımdır.

Futbolçular meydanda olan hər şeyə görə məsuliyyət daşımalıdır. İndi biz birlikdəyik, amma Sulşer getdi. Buna görə hamımız məyusuq.

Sulşer bizimlə danışdı. Hamımız ona hörmətlə yanaşırıq. O, bundan sonra da bizi dəstəkləyəcəyini söylədi. Bu, onun nə qədər dəyərli biri olduğunu göstərir. Sulşerlə birlikdə mən də ağladım”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button