“Mançester Yunayted”in futbolçusu tibbi müayinədən keçəcək – “İnter” üçün

“Mançester Yunayted”in futbolçusu Eşli Yanq karyerasını İtaliya A Seriyasında davam etdirəcək.

Komanda.az xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçi “İnter”ə keçəcək. Bu barədə “The Sun” nəşri məlumat yayıb. Xəbərdə, Yanqın bu gün tibbi müayinədən keçdikdən sonra “neradzurra” ilə rəsmi müqavilə imzalayacağı bildirilib. “İnter” ingilis futbolçu üçün “qırmızı şeytanlar”a 1,5 milyon avro ödəyəcək.

2011-ci ildən “Mançester Yunayted”in şərəfini qoruyan ingiltərəli futbolçunun klubla müqaviləsi mövsümün sonunadək nəzərdə tutulub. O, cari mövsümdə iştirak etdiyi 18 oyunda bir qol, bir məhsuldar ötürməylə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button