
“Mançester Yunayted” Kavanini itirdi
“Mançester Yunayted”in futbolçusu Edinson Kavani zədələnib.
Komanda.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Uruqvaylı hücumçu Premyer Liqanın 22-ci turu çərçivəsində “Sauthempton”a qarşı keçirilən ev oyununun ikinci hissəsində zədələnərək, meydanı tərk edib. Kavaninin son durumu tibbi müayinədən sonra bilinəcək.
Kavani komandasının “Sauthempton”u 9:0 hesabıyla məğlub etdiyi oyunda bir qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin