Kavaniyə “qırmızı zona” əngəli
“Mançester Yunayted”in futbolçusu Edinson Kavani Uruqvay yığmasının DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Peru, Boliviya və Ekvadora qarşı keçirəcəyi oyunları buraxacaq.
Komanda.az xəbər verir ki, 34 yaşlı hücumçu milliyə dəvət almayıb. Buna səbəb İngiltərə Premyer Liqasında koronavirus pandemiyası ilə bağlı tətbiq edilən qaydalardır.
Belə ki, Premyer Liqada çıxış edən futbolçular koronavirusa yoluxma hallarının çox olduğu – “qırmızı zona”ya aid olan ölkələrin yığmalarına getdikdən sonra qayıdarkən 10 günlük karantində qalmalıdırlar. Kavani bu səbəbdən Uruqvay yığmasına çağırılmayıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin