Sulşer ona şans da vermir, getməsini də istəmir
“Mançester Yunayted”in futbolçusu Donni van de Bekin klubdakı gələcəyi məlum olub.
Komanda.az xəbər verir ki, niderlandlı yarımmüdafiəçi mövsümün sonuna qədər “qırmızı şeytanlar”da qalacaq. Bu barədə ESPN telekanalı məlumat yayıb.
“Mançester Yunayted”in baş məşqçisi Ole-Qunnar Sulşer Donninin azı yaya qədər komandada qalmasını istəyir.
24 yaşlı yarımmüdafiəçi bu mövsüm “qırmızı şeytanlar”la cəmi 3 oyuna çıxıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin