Ançelottinin hədəfindəki “qırmızı şeytan”

“Mançester Yunayted”in futbolçusu Donni Van de Bek karyerasını İspaniyada davam etdirə bilər.

Komanda.az xəbər verir ki, “Real” klubu 24 yaşlı yarımmüdafiəçi ilə maraqlanır. Bu barədə “Daily Mirror” nəşri məlumat yayıb. Xəbərdə, “kral klubu”nun baş məşqçisi Karlo Ançelottinin niderlandlı futbolçunu öz komandasında görmək istədiyi bildirilib.

“Real” Van de Beki bir illik icarəyə götürmək istəyir.

Van de Bekin “Mançester Yunayted”lə müqaviləsi 2025-ci ilin yayına qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button