İngilis futbolçu “Mançester Yunayted” rəhbərliyinə ultimatum verdi

“Mançester Yunayted”in ingilis futbolçusu Din Henderson klubun rəhbərliyinə ultimatum verib.

Komanda.az xəbər verir ki, son iki mövsümü icarə əsasında “Şeffild Yunayted”də keçirən 23 yaşlı qapıçı yayda satılmasını istəyir. Bu barədə “The Sun” nəşri məlumat yayıb.

Henderson 2013-cü ildən “Mançester Yunayted”də olsa da, hələ əsas komandayla heç bir oyunda iştirak etməyib. Hər il icarəyə verilən qapıçı bu dəfə satılmasını istəyir.

Hendersonla “Çelsi” klubu yaxından maraqlanır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button