Linqard narazıdır

“Mançester Yunayted”in futbolçusu Cessi Linqard qışda klubu tərk edə bilər.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi oyun praktikasının azlığından narazıdır.

Linqard artıq qərarını verib və daha çox oynayacağı bir komandaya keçmək istəyir. “Mançester Yunayted” rəhbərliyi də ingilis futbolçunu satmaq niyyətindədir.

Linqard bu mövsüm “Mançester Yunayted”lə 8 oyuna çıxıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button