Linqard “Mançester Yunayted”dən getmək istəyir

“Mançester Yunayted”in futbolçusu Cessi Linqard klubu tərk etmək istəyir.

Komanda.az xəbər verir ki, bu barədə İngiltərə mətbuatı məlumat yayıb. Linqard oyun praktikasının azlığından narazıdır və heç olmasa, icarə əsasında mövsümün sonuna qədər başqa klubda çıxış etmək niyyətindədir.

29 yaşlı yarımmüdafiəçinin “Mançester Yunayted”lə müqaviləsi 2022-ci ilin yayına qədərdir. O, bu mövsüm Premyer Liqada 9 oyuna çıxıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button