“Mançester Yunayted”in futbolçusu şotlandların “radar”ında

“Mançester Yunayted”in futbolçusu Cessi Linqard karyerasını Şotlandiyada davam etdirə bilər.

Komanda.az xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi ilə “Seltik” və “Reyncers” klubları yaxından maraqlanır. Bu barədə Şotlandiya mətbuatı məlumat yayıb.

Linqard da oyun praktikasının azlığından narazıdır və qışda “Mançester Yunayted”dən ayrılmaq istəyir.

“Mançester Yunayted”in yetirməsi olan ingilis futbolçunun müqaviləsi 2021-ci ilin yayına qədərdir. Linqard bu mövsüm “qırmızı şeytanlar”la 2 oyuna çıxıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button